Meşədə küknar doğuldu,
Meşədə böyüdü.
Qışda, yayda təmtəraqlı,
O, yamyaşıl idi.

Çovğun ona nəğmə dedi:
«Laylay, küknar, uyu!»
Şaxta qar ilə ələndi:
«Bax, dəyməsin soyuq!»

Ağciyər bozrəngli dovşan
Orda hoppanırdı,
Hərdənbir qurd, acıqlı qurd
Tülküylə qaçırdı.

Bax! Qar sıx meşə boyunca,
Tiraltda küy salır,
Ayağıtüklü atcığaz
Tələsərək qaçır.

Atcığaz odun aparır,
Kirşədə bir kişi,
O, kəsdi bizim küknarı,
Bitdi onun işi.

Bax indi o yaraşıqlı
Bizə qonaq gəlib,
Uşaqlara sevinc dolu
Xoş anlar bəxş edib.

(Перевод Эльшада Ханалибейли. Баку, 2009)